Ukrayna Melitopolu vurdu: Kadırovun yaxını öldürüldü

REGİON 11 dek 2022, 12:22
Dünən gecə Ukrayna ordusu Melitopolda kadırovçuların bazasına zərbələr endirib.

Demokrat.az xəbər verir ki, bu barədə “RİA Melitopol” məlumat yayıb.

Məlumata görə, baza HİMARS-larla atəşə tutulub. Bazada böyük yanğın başlayıb, çoxlu sayda hərbçi dağıntılar altında qalıb.

Bildirilib ki, ölü və yaralılar həddən artıq çoxdur. Hətta yaralıların əksəriyyəti Melitopolda yer qalmadığı üçün Krımdakı xəstəxanalara aparılıb.

Bazada sıravi hərbçilərdən başqa yüksək komandanlıq da olub. Hətta ölənlər arasında Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamlarından olan Murad Səidovun da olduğu bildirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top