“Baku Bus”ın avtobusu yolda alışdı — VİDEO

HADİSƏ 10 dek 2022, 12:35
Bu gün səhər paytaxt yollarının birində "Baku Bus"ın avtobusunda yanğın hadisəsi baş verib.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Videoda avtobusun arxa hissəsinin alovlandığı aydın görünür.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, texniki nasazlıq səbəbindən BakuBus MMC-nin istismarında olan 205 nömrəli xətt üzrə avtobusda alovlanma olub:

"Sürücü təlimata uyğun davranaraq alovun yayılmasının qarşısını alıb. Eyni zamanda da avtobusun özünün də yanğınsöndürmə sistemi işə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".

Həmin videonu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top