Putin: "Yeni səfərbərlik üçün heç bir amil yoxdur"

REGİON 09 dekabr 2022, 22:28
Rusiyada yeni səfərbərlik üçün heç bir amil yoxdur.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Bu gün belə amillər yoxdur, onlar gözə dəymir”, - Putin jurnalistin müvafiq sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, əlavə səfərbərlikdən söhbət getmir: "Lakin artıq səfərbər olanlar arasında daxili rotasiya mümkündür. Çünki onların yarısı təlim poliqonlarındadır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top