“Xaricdə yaşayan azərbaycanlılar üçün telekanal yaradaq” — Deputat

SOSİAL 09 dek 2022, 15:37
Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı xaricdə yaşayan soydaşlarımız üçün televiziya kanalı yaradılmasını təklif edib.

Demokrat.az xəbər verir ki, millət vəkili deyib ki, xaricdə yaşayan soydaşlarımızın sayı Azərbaycandakılardan 3-4 dəfə çoxdur.

“Təklif edirəm ki, Azərbaycanda televiziya kanallarından biri səhərdən axşama qədər Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə bağlı proqramlar hazırlasın. Belə kanala ehtiyac var. Belə telekanal yaradılarsa, bu, peyk vasitəsi ilə bütün dünyaya yayımlanmalıdır”, - deyə o əlavə edib.

Deputat bildirib ki, həmin telekanal vasitəsilə xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top