1 milyon ödədi, çıxışına “stop” qoyulmadı

SOSİAL 07 dek 2022, 13:52
Ölkədən çıxışı qadağan qoyulması istənilən iş adamı 1 milyon manata yaxın vergi borcunu ödəyib. 

Qaynarinfo-nun məlumatına görə, bu ilin sentyabr ayında "AtaHolding” MMC-nin dövlət büdcəsinə 1 milyon 15 min 68 manat 92 qəpik vergi borcu olduğu üçün qurumun təsisçisi, iş adamı Kamilov Əşrəf Kamil oğluna qarşı məhkəmə iddiası qaldırıb.

Məhkmədə məlum olub ki, şirkətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 845806,99 manat, Dövlət Sosial Müdafiə Fonduna 133027,81 manat, İşsizlikdən Sığorta Fonduna olan 9513,96 manat, İcbari Tibbi Sığorta Fonduna 14161,22 manat məbləğində borcu yaranıb. 

Əşrəf Kamilov borcunun böyük bir hissəsini ödədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi baxılmamış saxlanılıb. 

Hazırda isə "AtaHolding” MMC-nin 164 min 356 manat 13 qəpik borcu var.

Qeyd edək ki, mərhum vergilər naziri Fazil Məmmədova məxsus olmuş "AtaHolding” şirkətinin hazırda müflis durumda olduğu deyilir.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top