“Əlavə səfərbərliyə ehtiyacımız yoxdur" — Reznikov

DÜNYA 06 dek 2022, 22:43
"Hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarına hərbi xidmətə çağırışın aktivləşdirilməsinə və daha çox adamın cəlb edilməsinə ehtiyac yoxdur, çünki şəxsi heyətin sayı kifayət qədərdir"

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov açıqlama verib.

“Biz artıq Baş Qərargahın qərarı əsasında müəyyən təşkilati tədbirlər görürük, bütün bunlar hesabatda və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında idi, lakin bu gün demək olar ki, əlavə səfərbərliyə ehtiyacımız yoxdur. Bu gün müdafiə sektorunda kifayət qədər insanımız var”.

Reznikovun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin silaha ehtiyacı var:

"Söhbət artilleriyadan, mərmilərdən, zirehli maşınlardan, tanklardan, təyyarələrdən gedir".

Qeyd edək ki,  Ukraynada səfərbərlik fevralın 24-dən plan üzrə aparılır . Hazırda hərbi xidmətə çağırışın sürətində aktivləşmə və ya artım yoxdur.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top