Rusiya Azərbaycana sülh modelinin “Moskva variantı”nı qəbul etdirməyə çalışır — TƏHLİL

GÜNDƏM 06 dek 2022, 22:11
“Əlbəttə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Lavrovla görüşməsi sərhədlərin delimitasiya və sülh müqaviləsi ilə əlaqədar deyildi. Çünki görüş Rusiyada keçirilir və Rusiya da ömür boyu bu problemin həll olunması yönündə hər hansı bir addım atmayıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Politoloq qeyd edib ki, Rusiya Azərbaycana sülh modelinin “Moskva variantı”nı qəbul etdirməyə çalışır.

“Sergey Lavrov sadəcə olaraq Rusiyanın ideologiyasını Azərbaycanda irəlilətmək üçün “Moskva variant”nın “Vaşinqton variantın” dan daha üstün olduğunu vurğulamaq üçün Ceyhun Bayramovu Moskvaya dəvət edib. Və “Moskva variant”nı qəbul etdirməyə çalışır. Azərbaycan tərəfi bunu qəbul edər-etməz bilmirəm, amma ictimaiyyətimiz, xalqımız çox yaxşı bilir ki, Rusiya illər boyunca Qarabağ problemini Azərbaycanın başına gətirən, uzun illərdən bəri davam edən və yenə də həll olunmasını istəməyən bir ölkədir. Bu məntiqdən bir yola çıxaraq nə sülh müqaviləsinin, nə də ki sərhədlərin delimitasiyasının “Moskva variant”na uyğun olaraq həll olunmasını gözləmək bizim ölkəmiz üçün yanlış olardı”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top