“İran Azərbaycan-Türkiyə təlimlərindən dərs çıxaracaq” — Hüsamettin İnaç

GÜNDƏM 06 dek 2022, 21:40
“İran hər zaman Ermənistanın yanında olub. İkinci Qarabağ müharibəsində də Azərbaycanı dəstəkləmək əvəzinə Ermənistanı dəstəklədiyini açıq şəkildə gördük”.

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib.

Politoloq qeyd edib ki, İran hər fürsətdə Azərbaycana düşmənçiliyini elan etdi:

“Şuşa Hava Limanının açılışında, Türkiyə prezidentinin qatıldığı mərasim əsnasında Ermənistanla birgə məşq edən İran Ermənistanın ərazi bütövlüyünü qırmızı xətt olaraq gördüyünü söylədi və Zəngəzur dəhlizinin açılmasının qarşısını aldı. Qafan bölgəsində konsulluq açdı və Təbrizdə Ermənistan konsulluğunun açılmasına icazə verdi. Bununla da, hər fürsətdə Azərbaycana düşmənçiliyini elan etmiş oldu. Digər tərəfdən, Türk Dövlətlərinin Təşkilatında cənab İlham Əliyev çıxışı zamanı bunun təkcə Azərbaycan ordusuna deyil, həm də onu dəstəkləyən qonşu ölkələrə təhdid yaratdığını və İrandakı həmyerlilərin himayədarının olduğunu bildirdi. Xülasə, bütün bunlar da İranın həddini aşdığını göstərir.  Türkiyə və Azərbaycanın birgə təlimləri yaxın bir döyüşə hazır olduğunu xəbərdar edən bir cavab kimi oxunmalıdır. İnanırıq ki, İran Türkiyə-Azərbaydan təlimlərindən dərs çıxardacaq”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top