DÇ-2022: Xorvatiya penaltilərlə 1/4 finalda

İDMAN 05 dek 2022, 21:45
DÇ-2022-nin 16-cı oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin beşinci oyununda Yaponiya və Xorvatiya üz-üzə gəlib.

Qrupda Almaniya və İspaniyaya qalib gələn asiyalılar son mundialın vitse-çempionu ilə görüşə də iddialı çıxıb. İlk yarının sonlarında Dayzen Maeda yaponları hesabda önə çıxarıb – 1:0. İkinci hissənin əvvəlində İvan Perişiç bərabərlik qoluna imza atıb – 1:1. 

90 dəqiqədə qalibi müəyyənləşdirə bilməyən rəqiblər DÇ-2022-dəki ilk əlavə vaxtda oynamalı olub. Lakin bu yarım saat qolsuz başa çatıb.
1/4 finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Oyunsonrası “lotereya”da daha dəqiq olan Xorvatiya mundialın 8 ən güclü komandası sırasına yüksəlib.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
DÇ-2022

1/8 final

5 dekabr

19:00. Yaponiya - Xorvatiya - 1:1, pen. 1:3

Qollar: Dayzen Maeda, 44 - İvan Perişiç, 54

Penaltilər seriyası:
 Takumi Minamino (0:0), Nikola Vlaşiç (0:1), Kaoro Mitomo (0:1), Marselo Brozoviç (0:2), Takumo Asano (1:2), Marko Livaya (1:2), Maya Yoşida (1:2), Mario Paşaliç (1:3)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top