Yaşayış evi yandı, bir nəfər yanaraq öldü

HADİSƏ 05 dek 2022, 21:37
Qusar şəhərində yaşayış evi yanıb, bir nəfər yanaraq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top