Moldovanın baş naziri raketin düşməsindən danışdı

DÜNYA 05 dek 2022, 20:55
Moldovanın baş naziri Nataliya Havrilitsa Rusiyanın Ukrayna infrastrukturuna raket hücumlarını pisləyib və deyib ki, Moldova hakimiyyəti vəziyyəti nəzarətdə saxlamaq üçün əlindən gələni edir.

Demokrat.az xəbər verir ki, bu barədə "Ukrinform"  məlumat yayıb.

“Mənə məlumat verdilər ki, sərhədçilər Brayçanın yaxınlığında raketin hissələrini tapıblar. Sərhəd polisi nəzarəti gücləndirərək raketin düşdüyü ərazini mühasirəyə alıb. Bundan əlavə, "Moldelectrica" elektrik kəsintiləri barədə xəbərdarlıq edib”, - baş nazir bildirib.

Eyni zamanda, Havrilitsa Moldova hakimiyyətinin Ukraynada mülki obyektlərə hücumları pislədiyini və Ukrayna xalqını dəstəklədiyini vurğulayıb:

"Mən və həmkarlarım vəziyyəti nəzarətdə saxlamaq və vətəndaşlarımız üçün riskli vəziyyətlərin qarşısını almaq üçün mümkün olan hər şeyi edirik" 

Qeyd edək ki, dekabrın 5-də Rusiya Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirib, infrastruktur obyektlərinə bir neçə zərbə endirilib. 

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top