“Kombi quraşdırılandan sonra Əlisa Nicatın qaz pulunu ödəməyə imkanı olacaq?”

GÜNDƏM 03 dek 2022, 11:37
Xəbər verdiyimiz kimi, dünən "Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Onun acınacaqlı durumda yaşaması və qaz pulunu ödəyə bilməməsi birmənalı qarşılanmayıb. 

Tanınmış jurnalist və yazıçı Elçin Şıxlı AZXEBER.COM-a açıqlamasında vəziyyətdən xəbərdar olduğunu və Əlisa Nicata yardım edəcəyini bildirdi: 

"Bəli, xəbərim var məsələdən. Şahbaz bəy bu gün Əlisa bəyin evinə gedib. İstilik olması üçün evdə kombi quraşdırılacaq. Çalışacam mən də kömək edim.
 
Elçin bəy Əlisa Nicata yardımla bağlı təklif irəli sürəcəyini də bildirib:
 
"Ancaq mənim üçün bir sual açıq qalır. Kombini quraşdırandan sonra Əlisa bəyin yazılan qaz pulunu verməyə imkanı olacaqmı? Təbii ki, olmayacaq. Ona görə mən belə bir təklif vermək istəyərdim ki, Əlisa bəyin kart hesabı varsa, onun nömrəsi açıq verilsin və hər ay mən ora müəyyən məbləğ köçürməyə hazıram. Digər təəssübkeşləri də kimin nəyə imkanı olarsa -5,10,15,20 manat ora pul köçürməyə səsləyirəm. Bu yardım birdəfəlik olmasın. Çünki onun nəyə ehtiyacı varsa bu pul ilə ehtiyaclarını ödəsin. Ancaq təəssüf hissi ilə deyə bilərəm ki, Əlisa bəy kimi insanların sayı az deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top