İTV Azərbaycan xəritəsi ilə bağlı səhvə görə açıqlama tələb edir - FOTO

GÜNDƏM 19 may 2019, 23:47

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

 

Demokrat.Az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin məlumatında deyilir: 

 

"Dünən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 noyabr 2024, 21:47
Top