Fransa parlamentinin aşağı palatası Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib

DÜNYA 30 noy 2022, 22:36
Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib.

“Report” xəbər verir ki, qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.

Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər. Qətnamə layihəsinin həmmüəllifləri Makronun “Renessans” partiyasından olan deputatlar olub.

Qeyd edək ki, Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top