Zirzəmisi siçovul yuvasına çevrilən və sakinlərin üfunət qoxusunda yaşadıqları bina — VİDEO

SOSİAL 30 noy 2022, 17:07
Xətai rayonu Mehmandarov küçəsi 22a binasınında yaşayanlar üfunət iyisindən artıq təngə gəliblər.

Demokrat.az
xəbər verir ki, ATV Səhər-in həmin binaya üz tutan əməkdaşları bu acınacaqlı vəziyyəti izləyicilərə təqdim edib.

Sakinlərin sözlərinə görə, qışın günündə ağcaqanaq əlindən dayana bilmirlər:

“Padvalımız su içindədir. Öz hesabımıza 800-850 manat pul toplamışıq, turbaları dəyişmişik. Amma yenə də kanalizasiya çıxan turbalar köhnə olduğu üçün bu gündədir”.

“Yaşamaq mümkün deyil, rütubət, nəmişlik, siçovul”.

Məsələ ilə bağlı 94 №-li Mənzil Komunal İstismar Sahəsinə üz tutan ATV Səhər-in əməkdaşları yalnız mühasibatlıq əməkdaşlarından başqa heç kəsi tapa bilməyiblər.

Daha sonra Xətai RİH-nə üz tutan əməkdaşların sualına isə, şöbə müdiri Pənah İmanov cavab verib:

“Həmin məlumat bizə də daxil oldu, dərhal reaksiya verdik. Texnika cəlb edildi və normal hala gətirildi”.

Ətraflı video görüntüdə:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top