“Son günlər Qarabağda separatçıların yenidən aktivləşməsini müşahidə edirik. Xüsusilə də, yaxın keçmişdə rəsmi Moskva tərəfindən xüsusi tapşırıqla Qarabağa göndərilən milyarder Ruben Vardanyanın aktivlik nümayiş etdirdiyi, özünə “kabinet” formalaşdırdığı, yeni “nazirlər” təyin etməyə çalışdığı ilə bağlı addımlarını müşahidə edirik. Hesab edirəm ki, burada bir neçə ciddi məqam gizlənir. Birincisi, son dövrlər həm Ermənistanda, həm də Qarabağda erməni azlığı arasında Arayik Harutyan, Balasanyan kimi cinayətkarların nüfuzunun kifayət qədər aşağı düşməsi, eyni zamanda rəsmi Kremlin artıq bu separatçılara inanaraq onlar üzərindən növbəti planlarını qurmaqda ehtiyat etmələri, yeni alternativ ortaya çıxarma zərurətini meydana gətiribdir. Məhz bu zərurətdən irəli gələrək rəsmi Kreml “Vardanyan variantı”nı ortaya atmaqla, özünün Qarabağda separatçıları qoruyub saxlama planlarını sıradan çıxmasının, Qarabağda ermənilərin kütləvi şəkildə Azərbaaycan ərazilərini tərk etmə planlarlnın qarşısını almağa çalışır. Bununla da, təbii ki, Azərbaycan daxilində separatizm ocağını qoruyub saxlamaqla, bölgə dövlətlərinə, xüsusilə də, Azərbaycanın rəsmi siyasətinə təsir imkanlarını qoruyub saxlamağı hədəfləyir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloq qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş ağılılı, ardıcıl, qətiyyətli siyasət, Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı məsələlərin digər hər hansi bir qüvvədən, separatçılardan asılı olmadığını, yalnız və yalnız Azərbaycanın mərkəzi hakimiyyətinin bu məsələlərdə yeganə söz sahibi olduğunu, son qərar verən tərəf olduğunu bir daha nümayiş etdiribdir:
“Məhz belə bir mövqe və davranış Qarabağda Azərbaycana qarşı cinayət işlətmiş, Azərbaycana qarşı silah qaldırmış şəxslərin gələcəyini ciddi sual altına qoyduğundan, həmin qüvvələr bölgəni tərk etmək məcburiyyətində qaldıqlarını başa düşdükləri üçün sürətlə ərazini boşaltmağa çalışırlar. Bunu dərk edən Rusiya tərəfi, xüsusilə də sülhməramlı kontingentin bu axının qarşısını müxtəlif yollarla, eyni zamanda Qarabağda erməniləri girov saxlamaqla çalışsa da, daha vacib məqam yeni alternativ ortaya qoymaq və bu alternativin üzərindən Qarabağda ermənilərin xoş gələcəyi ilə bağlı ümidlər formalaşdırmağa çalışırdı. Rusiyanın əsas hədəfi Vardanyan üzərindən yüksək lüks həyata sahib bir şəxsin öz həyatını, öz rahat şəraitini buraxaraq Qarabağa gəlmək Qarabağın gələcəyi iləı bağlı planlar həyata keçirmək, təbliğatını aparmaq və bununla da, insanların şüurunda bu təsəvvür formalaşdırmağa çalışırlar ki, bir milyarder bu addımı atırsa, ciddi dəstəyi və gələcəklə bağlı böyük ümidi, inamları var.
Eyni zamanda, hesab edirəm ki, Vardanyan məsələsində Rusiyanın digər ikinci bir hədəfi də var. Bu hədəf Gürcüstan variantında olduğu kimi Ermənistan hakimiyyəti üçün milyarder Vardanyan alternativini ortaya qoymaq və mövcud Ermənistan hakimiyyətini Rusiyanın maraqlarına zidd davranışlar nümayiş etdirdiyi halda, Vardanyanı Ermənistana transfer etmək istəyir. Yəni, Vardanyan vasitəsilə Ermənistanda hakimiyyəti ələ keçirib, Rusiya yönümlü bir komanda formalaşdırmaq istəyir. Hesab edirəm ki, Vardanyanın bu gün Qarabağda aktivləşməsində əsas hədəflər bundan ibarətdir. Amma həyata keçirilən siyasət, xüsusilə də Azərbaycan prezidentinin ard-arda ortaya qoyduğu qətiyyətli sərt mövqe “Vardanyan” kimi layihələrin perspektivini ciddi sual altına qoyur. Və hesab edirəm ki, kənar güclər, xüsusilə də Rusiya və Fransa kimi dövlətlərin təzyiqi ilə Azərbaycanın öz əraziləri daxilində hər hansı bir azlığa status məsələsi ilə bağlı güzəştə getməyəcəyini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan dövlətinin birmənalı şəkildə bəyan etiyi Qarabağda erməni azlığının hüquq və təhlükəsizliyi ilə bağlı məsələlər yalnız Azərbaycanın daxili işi kimi qiymətləndiriləcək. Bu prinsip gec-tez kənar qüvvələr tərəfindən qəbul ediləcəkdir. Hesab edirəm ki, Vardanyan kimi Azərbaycana qarşı silah işlətməmiş, Azərbaycana qarşı cinayətlərdə iştirakçı olmamış bir şəxs üzərindən oyunlar qurmaq planı da tezliklə reallaşmayacaq. Həm Qarabağdakı ermənilər separatçı qüvvələr, həm də bu oyunu quran güclər bunu dərk edəcəklər. Hesab edirəm ki, yaxın müddətdə Ermənistanın Azərbaycanın təklif etdiyi sülh təklifləri çərçivəsində yenidən sülh danışıqlarına qayıtmaq perspektivini ortaya qoyacaqdır”.
Aynurə Pənahqızı
Demokrat.az