Ölkədə peyvənd olunanların sayı açıqlanıb — FOTO

SOSİAL 29 noy 2022, 17:00
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 398 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 196, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 46 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 921 785, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 645, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 832, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 410, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 898 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top