“Naxçıvan rəhbərliyi oranı ayrı bir dövlət kimi idarə edib” — Tural Abbaslı

GÜNDƏM 28 noy 2022, 22:59
"Korrupsiya və rüşvətxorluğöa qarşı daim mübarizə aparmaq lazımdır"

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı Naxçıvanın maliyyə nazirinin DTX tərəfindən həbs olunması barədə danışarkən deyib. Partiya sədri korrupsiya və rüşvətxorluğa qarşı aparılan istənilən əməliyyatı dəyərləndirdiyi qeyd edib:

“Normal hüquqi dövlət rüşvətxorluq və korrupsiyaya qarşı daim mübarizə aparmalıdır. Yəni, məmur özbaşınalığına, qanunsuzluqlara qarşı daim mübarizə aparılmalıdır. Bunun da fərqi yoxdur ki, bu Naxçıvanda olur, Şəkidə, Lənkəranda və ya Bakıda olur. Amma, Naxçıvan bir az fərqlidir. Azərbaycanda uzunmüddət Naxçıvanın həm siyasi-iqtisadi statusu, həm ora yanaşılma tərzi baxımından fərqli olub. Düşünürəm ki, bu əməliyyatları tək korrupsiya və rüşvətxorluq əməliyyatları kimi qiymətləndirmək düz deyil. Fikrimcə, Naxçıvan artıq hər mənada Bakıya tabe etdirilməyə çalışılır. Görünən odur ki, uzun illər Naxçıvan rəhbərliyi sözün həqiqi mənasında Naxçıvanı ayrı bir dövlət kimi idarə edib. Hətta, bir çox gömrük, maliyyə, vergi, hüquq sistemində bəzi məsələlər Naxçıvanda tətbiq olunmur:

“Bizim Naxçıvandan olan dostlarımızla danışırıq. Həmişə bizə nağıl kimi gəlirdi ki, oranın gömrük qiymətləri fərqlidir, gömrük yanaşması fərqlidir, vergilər fərqlidir. Yaxud da, digər hüquqi fəaliyyətlərdə fərqli yanaşmalar var, elə bir ayrı dövlətdir. Düşünürəm ki, rəsmi Bakı artıq bu fərqlərdən yorulub və artıq Naxçıvanın da mərkəzə hər mənada hüquqi və siyasi baxımdan bağlamağa çalışır. Böyük ehtimal ki, Naxçıvan rəhbərliyinin zəiflədilməsi prosesidir. Bu gün maliyyə naziri həbs olunur, sabah ola bilsin ki, gömrük komitəsinin rəhbəri həbs olunsun. Əsas odur ki, orada da nizam-intizam qurulsun və nəhayət ki, Azərbaycan sözün həqiqi mənasında unitar dövlət statusuna geri qaytarılsın. Təbii ki, Naxçıvana da rəhbərlik artıq Azərbaycan Konstitusiyasına və hüquqi normalarına hörmət edən bir rəhbərliyin gəlməsi düşünürəm ki, normal olar”. 

“Naxçıvan demək olar ki, bitirilib. Naxçıvanda insanlar daha çox Türkiyəyə işləmək dalınca gedirlər. Naxçıvan demək olar ki, boşalıb. Baxın, vəziyyət hansı həddədir ki, DTX əməliyyatları müddətində istər Türkiyə, istərsə də İranla gömrük buraxılış məntəqələrində insanların öz şəxsi istifadələri üçün gətirdikləri ərzaqları buraxdıqlarına görə, yəni Azərbaycan tərəfi buraxdığına görə, az qala Naxçıvan əhalisi bayram edir ki, biz nəhayət ki, ucuz, normal qiymətə ərzaq ala biləcəyik. Bugünədək onlar qapalı rejimdə saxlanılıb, insanların ərzaq gətirilməsinə imkan verməyiblər. Gülməli görmük qaydaları müəyyən olunub k, ölkədən çıxan Türkiyəyə 50 kiloqram tərəvəz aparmalıdır. Güman edirəm ki, bu məsələlər nizama salınacaq və bu proses də bir müddət davam edəcək deyə düşünürəm. Təki Vətənə və millətə xeyirli olsun!“.


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top