Britaniya Ukraynaya hərbi yardımı ARTIRIR

DÜNYA 28 noy 2022, 11:31
Böyük Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımı artıracaq.

Demokrat.az
"TASS"a istinadən xəbər verir ki, bu barədə bəyanatı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisi yayıb.

“Heç bir şübhəniz olmasın. Biz Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləməyə davam edəcəyik. Gələn il hərbi yardımımızı davam etdirəcəyik və ya artıracağıq. Ukraynalıları və onların güvəndiyi mühüm infrastrukturu qorumaq üçün yeni hava hücumundan müdafiə yardımı təqdim edəcəyik”, - məlumatda qeyd edilib.

“Biz status-kvo ilə kifayətlənməyəcəyik. Fərqli şəkildə fəaliyyət göstərəcəyik. Biz həmişə olduğu kimi, azadlıq, aşkarlıq və qanunun aliliyinə sarsılmaz inamımızla və bu çətin məqamda biliyimizlə inkişaf edəcəyik. və maraqlarımız qorunacaq və dəyərlərimiz qalib gələcək”, - Baş nazirin adından yayılan açıqlamada bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top