Səudiyyəli futbolçulara Argentina üzərində qələbəyə görə “Rolls Royce” hədiyyə edilib

İDMAN 26 noy 2022, 10:28
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Qətərdə keçirilən dünya çempionatında argentinalılar üzərində qələbəyə görə milli komandanın hər bir oyunçusuna “Rolls Royce Phantom” avtomobili hədiyyə edib.

Məlumata görə, Səudiyyə Ərəbistanı millisinin oyunçuları belə bir hədiyyəni ağlasığmaz adlandırıblar. Belə ki, 2022-ci ildə buraxılan “Phantom” modelinin qiyməti 460-550 min dollar arasında dəyişir.

Xatırladaq ki, noyabrın 22-də Səudiyyə Ərəbistanı millisi dünya çempionatının qrup mərhələsinin ilk turunda Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top