Cahangir Novruzov: “Qızım Nəsibə sənədlə mənim bacımdır” — VİDEO

MƏDƏNİYYƏT 24 noy 2022, 21:25
“Nəsibə Zeynalova həmişə qız övladının olmasını arzulayıb. Şanssızlıqdan mən doğulmuşam”.

Bunu Baku TV-də yayımlanan “Afaq Hüseynova ilə səmimi söhbət” verilişində 26 ildir Türkiyədə yaşayan və fəaliyyət göstərən rejissor-aktyor, Xalq artisti Cahangir Novruzov deyib.

Aktyor qeyd edib ki, mərhum Xalq artisti Nəsibə Zeynalova nəvəsi doğulduqdan sonra onu övladlığa götürüb. Bu səbəbdən qızı Nəsibə sənədlə onun bacısıdır.

Xalq artisti Türkiyədə əksər tələbələrinin film və seriallarda rol almasından da bəhs edib:

“Mənim tələbələrim işsiz qalmır. Məzun olduqdan sonra seriallarda, teatrlarda çalışmağa başlayırlar”.

Daha ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top