Keçmiş AXCP-çi azadlığa çıxdı

DAXİLİ SİYASƏT 24 noy 2022, 13:06
Bu il avqustun 4-də Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən ictimai fəal Ziya İbrahimov azadlığa çıxıb.

Demokrat.az
xəbər verir ki, bu barədə onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov deyib ki, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilərək, həbsdən azad edilib.

Qeyd edək ki, Z.İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Biləsuvar rayonundakı funksionerlərindən biri olub. O, 2018-ci ildə Almaniyaya mühacirət edib. O, bu il Almaniyadan deportasiya olunduqdan sonra həbs edilib.

Ziya İbrahimova qarşı Cinayət Məcəlləsinin 306.1 (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsilə cinayət işi açılıb. Bu cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbilə bağlı olub. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top