"Rusiya terroru himayə edən dövlətdirsə, Ermənistan da ..."— Arif Hacılı

GÜNDƏM 23 noy 2022, 21:38
"Avropa Parlamenti Rusiyanı terrora dəstək verən dövlət kimi tanıdığı gün Putin Yerevanda hərbi müttəfiqləri ilə ODKB sammiti keçirir. Ermənistan Rusiyanın ( Putinin) dünyaya güc nümayişi tədbirinə ev sahibliyi edir. Sədr Paşinyandır. Rusiya terroru himayə edən dövlətdirsə, Ermənistan da terroru himayə edən dövlətə dəstək verən, hərbi müttəfiqi olan dövlətdir."

Demokrat.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib:

"Bu həqiqəti beynəlxalq ictimai diqqətə çatdırmaq üçün əlimizdən gələni edirik. Amma bizim resurslarımız yetərli deyil. Bu işi görmək Azərbaycanın rəsmi dairələrinin, XİN-nin, diaspora təşkilatlarının vəzifəsidir, borcudur"

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top