Putinin İrəvan səfəri: Azərbaycanı təhlükə gözləyir?

SİYASƏT 23 noy 2022, 14:04
“Putinin İrəvan səfəri gözlənilirdi, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı İrəvanda keçdiyi üçün Rusiya prezidentinin də ora getməsi məcburidir. Amma, Rusiya prezidenti Valdayda başlatmış olduğu proqramın davamını İrəvanda edəcək”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib. Politoloq daha sonra fikirlərinə bunu əlavə edib:

“Ermənistan xalqını Qarabağ məsələsinin onların lehində həll olmaq üçün Rusiya tərəfinə keçməyi, Rusiyanın proqramını dəstəkləməyi, necə deyərlər, Rusiya variantını dəstəkləməyə çağıracaq. Mənə elə gəlir ki, bu səfər sırasında biz Putinin Valday nitqinin təkrarını və yaxud da daha irəlisini eşidəcəyik. Xatırlayıram ki, Putin Valdayda ikən Qarabağ probleminin həlli yolu üçün ön görülən iki variantı: “Moskva variantı” və “Vaşinqton variantı” haqqında suala cavab verərkən belə bir tezis səsləndirmişdi ki, biz kollektiv güvənlik təşkilatının üzvü olan Ermənistanın tərəfindəyik. Bizim müttəfiqimiz olan Ermənistanın tərəfindəyik. Əgər erməni xalqı, erməni hakimiyyəti bu məsələnin öz yönlərində həll olunmasını istəyirlərsə, o zaman bunu açıq şəkildə bildirsinlər. Biz də öz müttəfiqimizin tərəfində bir qərar alaq. Amma, Azərbaycanın da maraqlarını nəzərə alaraq şəklində bir əlavə də etmişdi. Bax bunun da davamı biz İrəvanda gözləyirik”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top