Sahibkarlarla növbəti görüş paytaxtın Abşeron rayonunda keçiriləcək

SOSİAL 22 noy 2022, 13:48
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Abşeron rayonunda görüşü təşkil olunacaq. Aksiya  Novxanı qəsəbəsi, Novxanı bələdiyyəsinin akt zalında baş tutacaq.

“Səyyar qəbul otağı” noyabr ayının 24-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top