Avtobusda halı pisləşən məktəbli ÖLDÜ

HADİSƏ 22 noy 2022, 11:01
Gəncə şəhərində məktəbli qəfil vəfat edib.

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib.

Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, azyaşlının anadangəlmə ürək çatışmazlığı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top