Kanada Ukraynanı dəstəkləmək üçün dövlət istiqrazları buraxdı

DÜNYA 21 noy 2022, 22:24
Kanada hökuməti  dövlət istiqrazları buraxıb. Onların satışından əldə olunan gəlir Ukraynaya köçürüləcək.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu  barədə Kanadanın Maliyyə Nazirliyi məlumat yayıb.

"Kanadalılara Ukraynanın cəsur xalqını birbaşa dəstəkləmək imkanı vermək üçün Kanada hökuməti bu gün 500 milyon dollar məbləğində "Ukraynanın suverenliyi" istiqrazlarını buraxır", - yayılan mesajda deyilir.

Qeyd olunur ki, Kanadanın baş naziri Castin Trüdo bu cür istiqrazlar buraxmaq niyyətini Kanada ukraynalıları Konqresində iştirakı zamanı bəyan edib. 

"Vəsaitlər  bu qış ukraynalılara mühüm xidmətlər göstərməyə, pensiyaların ödənilməsinə, yanacaq alınmasına və enerji infrastrukturunun bərpasına davam etməyə kömək edəcək", - departament qeyd edib.

Qeyd edilib ki, həm kanadalılar, həm də  əcnəbilər dövlət istiqrazlarını ala bilərlər. 

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top