Azərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ — FOTO

DİGƏR 21 noy 2022, 11:06
17-19 noyabr tarixlərində Türkiyənin Kırşehir Ahi-Evran Universitetində keçirilən 2-ci Beynəlxalq Ahi Evran İnteqrativ və Tamamlayıcı Tibb konfransında İbn Sinayla təbiətdən gələn şəfa təbliğ olunub.

Demokrat.az
xəbər verir ki, Türkiyə, Özbəkistan, ABŞ, İsrail, İtaliya, Əlcəzair və digər ölkələrin fitoterapevt, apiterapevt, hirudoterapevt, akupunktur mütəxəssislərinin öz biliklərini paylaşdıqları tədbirdə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu Azərbaycanı təmsil edib.

İllərlə İnteqrativ Tibb sahəsində çalışan, bir çox xroniki xəstəliklərdə müsbət nəticələr alan, müxtəlif ölkələrdə Azərbaycanın fitoterapiya və apiterapiyasını istər media, istərsə də elmi dərgilər vasitələrlə təbliğ edən həkim immun sistemində doğru və yanlış istifadə edilən bitki və arı məhsullarının təsiri, eləcə də Azərbaycanda apifitoterapiyadan örnək olan, immunitet artıran "İmmunoset" məcununun tərkibinin araşdırılması və nəticələrinin dəyərləndirilməsi mövzusunda danışıb.

O, həmçinin, apiterapiya (arı və arı məhsulları ilə müalicə) və fitoterapiya (dərman bitkiləri ilə müalicə) mövzusunu apifitoterapiya şəklində birləşdirərək aldığı effektiv nəticələri müzakirə edib.

Azərbaycanlı həkimə Türkiyə Apiterapiya Cəmiyyətinin rəhbəri və Dünya Apimondiya Konfederasiyasının prezidenti Dr. Ali Timuçin hoca tərəfindən Türkiyə Apiterapiya Dərnəyinin Fəxri üzvlük sənədi təqdim olunub.

İndiyə qədər ABŞ-ın farmakologiya jurnalında məqalələri dərc olunan Elnur Eldaroğlunun yazıları bundan sonra Türkiyənin də bir çox elmi-tibbi jurnallarında dərc ediləcək.

Hazırda İstanbul Medipol Universitetinin tədqiqatçısı olan həmyerlimiz ölkə xaricində də fitoterapiya sahəsini onlayn şəkildə tədris edir.

Qeyd edək ki, həkim-fitoterapevt Bakıda "Apimed" Təbii Üsullar Mərkəzinin Baş həkimi vəzifəsində çalışır.









Sonxeber.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top