İsmayıllıda qəzada ölən şəxs ehtiyatda olan hərbçi imiş — YENİLƏNDİ (FOTO)

HADİSƏ 19 noy 2022, 23:00
İsmayıllıdakı qəzada ölən şəxs ehtiyatda olan zabit imiş.

Oxu.Az-ın məlumatına görə, mərhum Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant olub.

Həmin şəxsin fotosunu təqdim edirik:


xxx
İsmayıllıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb.

Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top