Zoomağazadan 8 tutuquşu OĞURLANDI

HADİSƏ 19 noy 2022, 13:40
Bakıda zoomağazadan 8 tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlanıb.

Demokrat.az
DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən "Zil" markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.

Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top