"Elşən Məmmədov narkoticarətlə məşğuldur, onun cəmiyyətdən təcrid edilməsi vacibdir"

GÜNDƏM 18 noy 2022, 21:36
“Mediada Elşən Məmmədovun evindən külli miqdarda narkotik vasitələr tapıldığı barədə yazılı və görüntülü informasiyalar qalmaqdadır. Bu isə sübut edir ki, həmin şəxs narkoticarətlə məşğul olur və onun cəmiyyətdən təcrid edilməsi vacibdir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.  O qeyd edib ki, burada ədalət mühakiməsi subyektiv amillərə söykənib:


“Ona görə də heç bir günahı olmayan şəxs ağır cəza ala bilir, cinayətkar isə azadlıqda gəzir. Ədalətsizliyin böyüyü kiçiyi olmur. Əgər ədalət pozulursa bundan bütövlükdə cəmiyyət əziyyət çəkir və dövlətin əsasları sarsıyır. Elşən Məmmədovun 9 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, bir neçə aydan sonra azadlığa buraxılması həmin məhkəmənin fəaliyyətinin kiçik bir nümunəsidir. Bu məhkəmədə insanlar məhkəmələrə ədalət tərəzisi kimi yox, tanışlıq, qohumluq, rüşvət və korrupsiya hallarının tüğyan etdiyi, güclünün haqlı üzərində qalib gəldiyi bir yer kimi baxırlar"

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top