Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyuldu

DAXİLİ SİYASƏT 18 noy 2022, 17:42
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb. 

Bu barədə Qaynarinfo-ya daxil olan məlumata görə, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.

Partiya başqanı məlumatı Qaynarinfo-ya təsdiqləyib. 

"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, deyə Anar Əsədli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top