Ölkədə peyvənd olunanların sayı AÇIQLANDI — FOTO

SOSİAL 18 noy 2022, 16:55
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 349 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 105, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 36 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 917 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 665, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 987, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 668, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 558 nəfər təşkil edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top