Ronaldo: “Yazırlar ki, heç kimə lazım deyiləm...“

İDMAN 18 noy 2022, 15:35
"Mançester Yunayted"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo özünə gələn transfer təklifləri barədə danışıb. 

Demokrat.az
xəbər verir ki, 37 yaşlı hücumçuya təklif göndərdiklərini açıqlayan yeganə klub "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) olub. Ronalda isə bu haqda  deyib: 

“Bəli, çox böyük təklif var idi, bu, doğrudur. Amma mətbuatda hər cür cəfəngiyyat yazırlar ki, məni heç kim istəmir. Bu, qətiyyən doğru deyil. “Mançester Yunayted”də xoşbəxt idim, əla mövsüm keçirməyə qərarlı idim. Amma mətbuat heç kimin Ronaldonu istəmədiyini yazmağa davam edir. Keçən mövsüm Portuqaliya yığması da daxil olmaqla 32 qol vuran futbolçunu necə istəməzsən? Böyük pullardan imtina etmək çətindir, amma mən "Mançester Yunayted"də xoşbəxt olduğumu, hələ də çoxlu qollar vurmağa və komandaya kömək etməyə qadir olduğumu düşünürdüm. İnanıram ki, milli komandaya və hətta “Mançester Yunayted”ə kömək edəcək qədər yaxşıyam”. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top