Deputatın şirkəti Azərbaycandan bu adla pul çıxardı

KRİMİNAL 18 noy 2022, 08:56
Millət vəkili Cavanşir Feyziyevə məxsus "Avromed Company" QSC barəsində protokol tərtib edilib.

Demokrat.az
"qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. 

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, "Avromed Company" xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Nəsimi Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində cərimə cəzası gözləyir.

Qeyd edək ki, "Avromed Company" 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top