"Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi buxarlanmanın artması ilə bağlıdır"

SOSİAL 17 noy 2022, 23:42
"Xəzər dənizinin səviyyəsinin enməsi barədə onu deyə bilərəm ki, qabarma-çəkilmə prosesi ayrı-ayrı dövrlərdə təkrarlanan prosesdir".

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Telman Zeynalov deyib.  

“Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi buxarlanmanın artması, illik yağıntının normadan aşağı olması ilə bağlıdır. Həmçinin, qışda dəniz buzunun yoxa çıxması da səbəblərdən biridir. Bu, təbii prosesdir".

Ekoloq bildirir ki, dənizdə müşahidə olunan enmə prosesi sonradan dəniz suyunun səviyyəsinin qalxması ilə nəticələnə bilər:

"Yəni, məsələ iqlimdən asılıdır. Son illər Abşeron yarımadasında hava quraq keçir. Havanın quraqlıq keçməsi də, su qıtlığına səbəb olur. Su qıtlığının yaranması isə dünyada ərzaq məhsullarının qiymətlərinin qalxmasına gətirib çıxarır. Ona görə də, mütləqdir ki, su qıtlığının qarşısının alınması üçün müəyyən tədbirlərin görülsün".

Nəzrin
Demokrat az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top