“Felis” Türkiyə “Bizim Evdə Final Var” layihəsini mükafatlandırdı

SOSİAL 17 noy 2022, 10:28
Azərbaycanın ən populyar layihələrindən biri olan, bütün ölkəyə səs salan "Final" brendinin məşhur aparıcı Zaur Baxşəliyəvlə birlikdə ərsəyə gətirdiyi "Bizim Evdə Final Var" layihəsinin səsi Türkiyəyə qədər gedib çatdı. 

Hər kəsin marağını çəkən, fərqli şəhərləri, rayonları və kəndləri gəzərək Final yağı olan ailələrə hədiyyələr təqdim etdiyimiz bu layihə Qubada başladı, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada yekunlaşdı, son olaraq da Türkiyədə böyük marağa səbəb olaraq mükafatlandırıldı.

İstehlakçıların maraqla izlədiyi bu layihə ölkəmizə Türkiyədə marketinq və reklam sektorundakı ən populyar mükafat olan "Felis" mükafatını qazandırdı.

“Final” yağı markası layihəni yaxından izləyən, evinə bu yağ məhsulunu alıb marka əməkdaşlarının yolunu gözləyən və qonaqpərvərliklə qarşılayan hər kəsə öz minnətdarlığını bildirir, göstərdikləri inama görə sonsuz təşəkkürünü bildirir!
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top