"Polşadakı raket partlayışına görə məsuliyyəti Rusiya daşıyır" — Ağ Ev

GÜNDƏM 16 noy 2022, 23:09
Polşa ərazisində iki nəfərin həyatına son qoyan raketin partlamasına görə məsuliyyət daşıyan Rusiyadır.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson deyib.

O qeyd edib ki, Polşa tərəfi insidentin bütün təfərrüatlarını müəyyən etmək üçün hələ də araşdırma aparır.

 “Onun rəsmi qənaətləri nə olursa olsun, bu faciəli insidentə görə məsuliyyət daşıyan Rusiyadır. Biz mövcud olan bütün yeni məlumatları təhlil etməyə və şəffaf şəkildə paylaşmağa davam edəcəyik. 

Həmçinin ukraynalılarla əllərində olan hər hansı məlumatla bağlı yaxın təmasda olacağıq”.

O, ABŞ-ın Polşa hökumətinin təhqiqatına tam etibar etdiyini vurğulayıb:

 "Biz məlumat toplayarkən onların işini qabaqlamayacağıq və Polşalı həmkarlarımızla sıx əlaqə saxlamayacağıq" 

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top