Xırdalanda yaşayış binasında partlayış — VİDEO (FOTOLAR)

HADİSƏ 16 noy 2022, 21:33
 Xırdalanda partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə “AAAF” parkda yerləşən binadakı mənzillərin birində olub.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar. 

Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır. 
***

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib  ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.

Yanğından Mühafizə Bölmələri və Xüsusi riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top