“Bir müddət sonra ənənəvi alış-veriş mərkəzləri tarixə qovuşacaq” — İqtisadçı

GÜNDƏM 16 noy 2022, 20:15
“Dünyanın hər yerində onlayn alış-veriş sürətlə artır”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçının sözlərinə görə, bu da öz növbəsində dövlətə ziyan deyil.



“Əksinə, bu həyatımızın bir normasına çevrilib. Şirkətlərin, ənənəvi mağazaların da bununla barışmasına ehtiyac var. indi bir çox ənənəvi mağazalar da onlayn ticarətlə məşğul olurlar, yəni sifarişləri onlayn qəbul edir və çatdırma ilə məşğuldurlar. Dünyada gedən trendlər də göstərir ki 10 il bundan qabaq onlayn ticarət ümumi dünyadakı ticarətin heç 5 faizi deyildi, bu gün isə artıq 33-34 faizidir.Yəni, bu qədər sürətlə artır. Bir müddətdən sonra ənənəvi mağazalar, ənənəvi alış-veriş mərkəzləri bəlkə də tarixə qovuşacaqlar. Ona görə də, bununla mübarizə aparmaq, buna hansısa formada maneçilik törətmək olmaz. Dövlətin burada marağı bir olmalıdır ki, vətəndaşa necə rahatdırsa, vergidən yayınmaq olmadan vətəndaş daha ucuz və daha keyfiyyətli mal alsın. Bunu tənzimləməyi bacarmalıdır. Bunun yolu isə qadağalardan keçmir, əksinə bu sahədə oyun qaydalarını sadələşdirmək və bu sahədə kiçik bizneslə məşğul olmaq istəyən vətəndaşlara normal şərait yaratmaqla və vergiyə cəlb etməklə, bu sahədə dövlət büdcəsinə də xeyiri təmin etməkdir. Bunu bir təhlükə üçün yox, fürsət kimi görmək lazımdır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top