Qarabağda “Təhlükəsiz şəhər” xidməti olacaq

QARABAĞ 16 noy 2022, 19:00
2023-2025-ci illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Təhlükəsiz şəhər” xidmətinin təşkil edilməsi nəzərdə tutulur.

Bu,  Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, yeni xidməti Daxili İşlər Nazirliyi göstərəcək. Xidmətin təşkilinə dair təkliflər hazırlanması, müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top