Kremldən AÇIQLAMA: “Rusiya Polşaya raket atmayıb“

REGİON 16 noy 2022, 15:44
Polşa ərazisinə "raket zərbəsi" ilə bağlı insidentdə Rusiyanın heç bir günahı yoxdur.

Demokrat.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiyanın Polşadakı insidentlə heç bir əlaqəsi yoxdur. Burada hər şeyi öz adı ilə çağırmaq lazımdır", - Peskov vurğulayıb.

“Qərbin nümayəndələri baş verənlərlə bağlı real məlumat olmadan Polşaya “raket hücumu” ilə bağlı bəyanatlar veriblər. Bütün bu vəziyyət qızğın rusofobiyanın başqa bir nümunəsidir”, - Kremlin sözçüsü əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top