“Partiyalar siyasi mədəniyyətin yüksəldilməsi üçün daha ciddi işləməlidir” — ŞƏRH

SİYASƏT 15 noy 2022, 23:40
“İstənilən dövlətin, cəmiyyətin inkişafı onun ümumi mədəni səviyyəsi və siyasi mədəniyyətin səviyyəsi ilə kifayət qədər sıx bağlıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib.

O, cəmiyyətdə siyasi mədəniyyətin rolundan bəhs edib:

“Hansı cəmiyyətlərdəki ümumi siyasi mədəniyyət yüksəkdirsə, orada həm dövlət qurumları kifayət qədər ciddidir, güclüdür. Həmçinin, mədəniyyətin özü də güclüdür və bu cəmiyyətlər öz problemlərini çox rahat şəkildə həll edə bilirlər. Ümumi siyasi, mədəni səviyyənin, o cümlədən siyasi mədəniyyətin formalaşmasını çox müxtəlif faktorlar təsir edir. Bunların içərisində insanların doğulub böyüdüyü ailələr, məktəb, iş yerləri, ətraf mühit və digər faktorlar bu istiqamətdə insanın formalaşmasına və onun mədəni, o cümlədən siyasi mədəniyyətin formalaşmasına ciddi təsir edən amillərdir”. 

O.Qasımov ümumi siyasi mədəniyyətin yüksəldilməsinə təsir edən faktorlar barədə də danışıb:

“Əlbəttə ki, buna təsir edəcək kifayət qədər faktorlar var. Bu faktorların arasında partiyaların rolu əhəmiyyətli yer tutur. Belə ki, partiyaların fəaliyyətinin bir istiqaməti də cəmiyyətlə müntəzəm təmaslar və cəmiyyətin ümumi maariflənməsi, insanların siyasi bilgilərinin artırılması təşkil edir. Əlbəttə ki, partiyalar bu istiqamətdə fəaliyyət göstərməlidirlər. Bizim ölkədə də fəaliyyət göstərən partiyalar əgər cəmiyyətlə kifayət qədər ardıcıl və müntəzəm əlaqələr qursalar, vaxtaşırı maarifləndirmə işləri aparsalar və müzakirələr, debatlar təşkil edə bilsələr, bunların hər biri bizim vətəndaşlarımızın ümumi siyasi mədəni səviyyəsinin yüksəlməsinə xidmət edə bilər. Bu baxımdan, əlbəttə ki, cəmiyyətdə ümumi və siyasi mədəniyyətin yüksəldilməsi üçün partiyaların üzərinə də bir məsuliyyət düşür ki, bunu da danmaq olmaz. Partiyalar da bu istiqamətdə hesab edirəm ki, daha ciddi və ardıcıl işləməlidirlər. Belə olduğu təqdirdə, həm partiyaların özünün inkişafına bu kifayət qədər müsbət təsir göstər bilər, o cümlədən də cəmiyyətin siyasi mədəniyyəti yüksək olar. Bu da siyasi partiyaların siyasi hakimiyyət uğrunda mübarizəsində onların işini asanlaşdıracaq faktorlardan birinə çevrilə bilər”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top