“Ermənistan büdcəsindən Qarabağa vəsait ayrılması beynəlxalq qanunlara ziddir” — AÇIQLAMA

QARABAĞ 14 noyabr 2022, 17:26
“2023-cü ildə Ermənistan büdcəsindən Qarabağdakı separatçı rejimə maliyyə yardımının həcmi dəyişməyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  deyib. O əlavə edib ki, bu, ötən ildəki kimi 144 milyard dram (təxminən 355 milyon dollar) təşkil edəcək. 

“Bu, Paşinyan hökumətinin daxili ictimai rəyə hesabladığı növbəti provakasiyasıdır. Həmçinin məlumdur ki xaricdəki erməni lobbisinin Qarabağa yönəlik ciddi maddi vəsaiti var və iqtisadi böhran yaşayan məğlub ölkənin belə bir addımı həmin vəsaiti leqallaşdırmaq məqsədi də daşıya bilər. Bütün hallarda Ermənistan büdcəsindən Qarabağa vəsait ayrılması beynəlxalq qanunlara ziddir və digər məqamlar kimi bu da cəfəng pafos olaraq qalacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top