“Azərbaycan Ordusu” layihəsi “Felis Awards Azerbaijan” mükafatına layiq görüldü

SOSİAL 14 noy 2022, 16:06
Ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və dəyərlərimizin təbliğinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq”in sifarişi ilə “Azərbaycan ordusu” mövzusunda hazırlanmış təqvim dəsti yüksək mükafata layiq görülüb.  Azərbaycanın ən peşəkar reklam agentliklərindən olan “YelloAD” tərəfindən tərtib edilən dəst münsiflər tərəfindən rəğbət qazanıb.

Demokrat.az xəbər verir ki, layihə Azərbaycanda ilk dəfə keçirilən “Felis Awards Azerbaijan” müsabiqəsində "Publications&Editorial Design" kateqoriyası üzrə ikinci yerə layiq görülüb. 

Qeyd edək ki, layihə çərçivəsində ölkəmizin hərb tarixinin son 100 ili əhatə olunub, ölkəmizin tarixinə adını qızıl hərflərlə yazdırmış qəhramanlarımız barədə məlumatlar yer alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top