Bakıda qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

KRİMİNAL 14 noy 2022, 00:25
Noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top