Rəşad Dağlının öldürdüyü adamı İran öyrədib? — SENSASİON FAKT ÜZƏ ÇIXDI

GÜNDƏM 11 noy 2022, 16:30
Noyabrın 9-da qonşusu İsgəndər Mehtiyevi qətlə yetirən məşhur meyxanaçı Rəşad Dağlı ilə bağlı sosial şəbəkə istifadəçiləri çox maraqlı faktlar üzə çıxarıblar.

Demokrat.az
xəbər verir ki, söyüş üstündə Meyxanaçı Rəşad Əmirovun qətlə yetirdiyi şəxs, əslində İranın Azərbaycandakı agentura şəbəkəsinin fəallarından olub. İddialara görə, narkotikin alışına və satışına qarşı çıxdığına, eləcə də İrandakı molla rejiminin ideoloqları ilə bağlı səsləndirdiyi meyxanalarda sərt tənqidi ifadələr işlədən Rəşad Dağlını İran casusları uzun müddət izləyiblər.

Hətta İran agentura şəbəkəsi məşhur meyxanaçını dəfələrlə konfliktə çəkməyə çalışıblar. İddialara görə, Rəşad Dağlı həmin təxribatçı addımlardan, ona qarşı qurulmuş tələlərdən yayına bilib.

Sonuncu hadisədən isə Rəşad Dağlının qurtuluşu mümkün olmayıb. Hüseyn Yusif adlı sosial şəbəkə istifadəçisinin “facebook”da qeyd etdiyi bir məqam isə xüsusi diqqət çəkir:

“Rəşad Dağlını narkotik satanlarla bağlı dediyi ağır sözlərə və Xomeyni, Behçəti haqqında səsləndirdiyi sərt fikirlərə görə İsgəndər Mehtiyevi Rəşadın qarşısına çıxarıblar. Adam həbsdən çıxdıqdan sonra Rəşadın iştirak etdiyi bütün məclislərə gedib, fürsət axtarırmış. Axırda söyüşlə üstünə çəkə bilib”.

İddialardan belə aydın olur ki, Rəşad Dağlının “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” məşhur beytindən sonra İran SEPAH-ı onu açıq hədəfə götürüb və son hadisə ilə bloklamağı bacarıb. (publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top