“İranın Azərbaycana qarşı sərgilədiyi siyasət ilk növbədə onun özünə ziyandır” — Deputat

SİYASƏT 11 noy 2022, 11:45
“Cənab Prezidentin son çıxışı əvvəlki kimi yenə də çox aktual məsələlərə həsr olundu. Dövlət başçısı ilk növbədə qələbəmizin nə dərəcədə əhəmiyyətli olduğunu qeyd etdi. Eyni zamanda son günlər diqqətdə olan İranın Azərbaycana qarşı kəsilməyən siyasi və hərbi təxribatları ilə bağlı fikirlərini də bildirdi. Hesab edirəm ki, Prezidentin çıxışı artıq öz gücünü, qürurunu qoruya bilən güclü liderin cavabı idi. O, bir daha göstərdi ki, Azərbaycan tərəfindən İranla yaxşı münasibətlər həmişə gündəmdədir, amma eyni zamanda heç bir qüvvə Azərbaycana öz müstəqillik yolundan, ərazi bütövlüyünü qorumaq yolundan çəkindirə bilməz”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanın yumruq kimi birləşmiş cəmiyyəti və cəmiyyətin etimadını qazanmış lideri var:

“Hesab edirəm ki, İranın rəsmi dairlələri cənab İlham Əliyevin fikirlərindən nəticə çıxarmalıdırlar. Azərbaycana qarşı qonşuluq münasibətərinə zərbə vuran hərəkətlərindən çəkinməlidirlər. 30 il ərzində İran Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində bir qonşu kimi heç bir töhfə vermədi. Ermənistanı dəstəklədi, Ermənistanla yaxşı münasibətlər qurdu. Bu gün Azərbaycan öz ağırlığı ilə problemini həll edəndən sonra İranın Azərbaycana qarşı sərgilədiyi siyasət ilk növbədə onun özünə ziyandır. Çünki Azərbaycan İranla iqtisadi əməkdaşlıq edir. İrana qarşı olan hər hansı bir təhdidlərə qoşulmur. İranın daxili işlərinə qarışmır. Hesab edirəm ki, Cənab Prezidentin cavabı zəfər qazanmış ölkənin zəfər qazanmış liderinin cavabları idi”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top