Kennedi sui-qəsdindən sağ çıxan Pol Şreyd vəfat etdi

DÜNYA 10 noy 2022, 23:05
ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin qətli zamanı güllələnən Həmkarlar İttifaqının lideri Pol Şreyd dünən 97 yaşında vəfat edib.

Demokrat.az
xəbər verir ki, Şreyd ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin öldürülməsi nəticəsində yaralanan 5 nəfərdən biri idi.

Qətlə görə həbs edilən Sirhan ifadələrində sərxoş olduğunu və sui-qəsdi xatırlamadığını, Şreyd isə ikinci qatilin olduğundan şübhələndiyini və Sirhanın günahsız olduğuna inandığını bildirib. Qohumları Şreydin sui-qəsdi araşdırmağa davam etdiyini və bunun onu sağ saxladığını bildirib.

Qeyd edək ki, 1969-cu ildən bəri məhkəmələrdə iştirak etməyən Şreyd 2016-cı ildə ilk dəfə Sirhanın şərti azadlığa buraxılması ilə bağlı beş ildən bir keçirilən dinləmələrdə iştirak edib. Şreyd Sirhana onu bağışladığını söyləsə də, 2021-ci ildə şərti azadlığa buraxılması dinləməsi zamanı Sirhanın Robert Kennedinin qatili olmadığını iddia edib.

Məhkəmə Sirhanın azadlığa buraxılmasına qərar versə də, Kaliforniya qubernatoru onun həbsini davam etdirmək qərarında qalıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top