“Deyirlər ölən şəxs “barıqa“dır, nəşəxordur...“ — Deputat Rəşad Dağlıdan DANIŞDI

GÜNDƏM 10 noy 2022, 18:00
Tanınmış meyxanaçı Rəşad Dağlının həbsi cəmiyyətdə böyük ajiotaj yaradıb. Cinayətin motivində ağır söyüşün dayandığı bildirilir. Artıq iki gündür bu istiqamətdə başlayan müzakirələr səngimək bilmir.

Bəziləri söz ustadının bu əməlində haqlı olduğunu iddia edir, bəziləri isə hərəkətinin yanlış olduğunu bildirir.

Mövzu ilə bağlı Yenisabh.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, bəzən elə sözlər deyilir ki, bəzi insanlar onu götürmür və qarşısındakını öldürə bilir:

“Elə söyüş var ki, ona görə öldürmək yox, həmin adamı məhv edə bilərlər. Elə söyüş ola bilər ki, insan dözməz. Cinayət Məcəlləsinin 125-ci  maddəsi var: özünü öldürmə həddinə çatdırma. Yəqin ki, həm də insanı qətl etməyə sövq edənlər üçün də maddə var. Bunu prokurorluq öyrənə bilər.

Mən Rəşad Dağlını tanıyıram, meyxananı sevən adam deyiləm, amma o adama hörmət edirəm. Onlar bədahətən şeirlər deyirlər, söz ustadıdırlar.

Gərək araşdırsınlar ki, məsələ necə olub. Ölən adam onu hansı həddə çatdırıb ki, o belə bir cinayət törədib. Allah qapısını açsın. Hər bir halda bu çox pis hadisədir. İki şəxsin taleyi məhv oldu. Düzdür, deyirlər ölən şəxs “barıqa"dır, nəşəxordur, amma özü bilər. Onu öldürən Rəşad da özbaşına məhkəmə qurub. Belə hadisələr olur, adama elə söz deyərlər ki, o qarşısındakını öldürə bilər. Bizə də elə söz deyə bilərlər ki, o vəziyyətdə kimisə öldürə bilərik, heç kəs bundan sığortalanmayıb. İnsanı o həddə çatdırmaq lazım deyil ki, kimisə öldürsün”.

Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı ötən gün qonşusunu qətlə yetirib.Belə ki, Lökbatan dairəsində Rəşad Dağlı ilə qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Rəşad bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb. 
 








 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top